İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşüb.
Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib. Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri müzakirə edilib. İqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.
-----
17:06
“COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşdük. Ölkəmizlə əməkdaşlığın prioritetlərini nəzərdən keçirdik. İqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları istiqamətində səmərəli müzakirələrimiz oldu”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.