325 min manat vəsait istehlakçılara qaytarılıb

2024.11.15 15:52 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində istehlakçılardan daxil olan müraciətlər nəzərə alınmaqla təmin olunmuş 1780 müraciət əsasında 325 min manat vəsait istehlakçılara qaytarılıb.