bp şirkəti ilə tərəfdaşlığın inkişafı barədə müzakirə aparılıb YENİLƏNİB

2024.11.15 19:55 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Görüşdə bildirilib ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində enerji keçidi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu baxımdan, bp şirkəti ilə enerji keçidi, o cümlədən, günəş enerjisi layihəsi üzrə tərəfdaşlığın önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, şirkət Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Tərəflər ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerji layihələri, enerji transformasiyası sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

-----

15:02

“COP29 çərçivəsində bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüş zamanı ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerji layihələri, şirkətin Azərbaycanla uğurlu əməkdaşlığı və birgə fəaliyyətin enerji transformasiyası sahəsində gücləndirilməsi imkanları barədə müzakirələr apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.