COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Total Energies” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane arasında işgüzar nahar təşkil edilib.
Görüşdə qabaqcıl sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə ilə bağlı fikir mübadiləsi aparılıb. “Total Energies” şirkətinin Azərbaycanda bərpa olunan enerji üzrə layihələrinin icrası müzakirə edilib.
Şirkətin Xəzər regionunda bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə olunub. Ölkəmizdə “yaşıl enerji”nin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
-----
14:09
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında COP29-a həsr olunmuş daha bir paylaşım edib: “COP29 çərçivəsində "TotalEnergies” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə işgüzar naharda qabaqcıl sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə və yaşıl enerjinin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”.