“EY” şirkəti ilə əməkdaşlıq müzakirə edilib YENİLƏNİB

2024.11.15 14:02 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın “EY” şirkətinin dayanıqlılıq üzrə qlobal sədr müavini Emi Brakio ilə görüşüb.

Görüşdə ölkəmizdə innovasiya ekosisteminin vəziyyəti və müasir çağırışlarla bağlı müzakirələr aparılıb. Dayanıqlı və yaşıl iqtisadiyyata keçid, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün görülən işlər nəzərdən keçirilib. “Yaşıl” layihələrin reallaşdırılması, təmiz texnologiyaların tətbiqi və iqlim fəaliyyətinin hədəfləri ilə uzlaşan sərmayələrin təşviqi sahəsində mövcud imkanlar diqqətə çatdırılıb. Dayanıqlı inkişaf məqsədlərinə xidmət edən biznes strategiyalarının, ekoloji dayanıqlığı dəstəkləyən investisiyaların təşviqinin və dövlət-özəl tərəfdaşlığının önəmi vurğulanıb.

Tərəflər Azərbaycanda dayanıqlı iqtisadi artım, insan kapitalının inkişafı və “yaşıl” bacarıqların artırılması, enerji keçidi strategiyaları və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

-----

11:58

“COP29 çərçivəsində "EY" şirkətinin dayanıqlılıq üzrə qlobal sədr müavini Emi Breyşio ilə keçirdiyimiz görüşdə Azərbaycanda dayanıqlı iqtisadi artım, enerji keçidi və əməkdaşlığın prioritet istiqamətləri barədə müzakirələr apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.