Xankəndidə tekstil istehsalı layihəsinə start verilib.
Bunu jurnalistlərə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov deyib.
Layihə çərçivəsində 800 iş yerinin yaradılması nəzərdə tutulur.
"Bu birgə layihə işğaldan azad edilmiş ərazilərdə sənaye istehsalının yaradılmasını nəzərdə tutan xarici kapitalla olan ilk layihədir. Hazırda bir sıra yeni layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tikinti materiallarının yaradılması təşəbbüsü hazırlanır. Burada böyük tələbatı nəzərə alaraq, Özbəkistan biznesi belə imkanlarda maraqlıdır",- nazir qeyd edib.