İqtisadiyyat Nazirliyindən bildirilib ki, kreditlər heyvandarlıq, əkinçilik, çörək istehsalı, taxıl tədarükü və un istehsalı sahələrinin inkişafına yönəldiləcək. Qeyd edilib ki, bu ilin əvvəlindən 592 sahibkarın ümumi dəyəri 197,6 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit verilib, həmin investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb.