Cənubi Afrika Respublikası ilə ticarət dövriyyəsi 4 dəfədən çox artıb

2024.11.07 15:58 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Cənubi Afrika Respublikası (CAR) ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 4,4 dəfədən çox artaraq 29,7 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan CAR-a ixrac: 395 min dollar (+49,9 faiz)

CAR-dan Azərbaycana idxal: 29,3 milyon dollar (+4,6 dəfə)

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində CAR ilə ticarətin payı 0,08 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi