Bakıda sahibkarlar üçün elektron ticarət forumu keçiriləcək

2024.11.07 15:01 (UTC+04:00)

Noyabrın 26-da Bakıda elektron ticarət və ixracat sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Turan E-ticarət və E-ixracat Forumu” keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, Forumun məqsədi “Made in Turan” markası altında türk dövlətlərinin məhsullarının qlobal bazarlara çıxışını təşviq etmək və bu sahədə əməkdaşlığı gücləndirməkdir.

Forumda “S-Ticarət və ya E-ticarət”, “Azərbaycan qlobal tədarük zənciri olmaq yolunda – Alat Free Economic Zone” və “E-ticarət platformaları” kimi mövzularda panellər təşkil olunacaq.

Sahibkarlar aşağıdakı link və ya telefon nömrəsi vasitəsi ilə tədbir haqqında ətraflı məlumat əldə edə bilərlər:

URL: http://www.tetforum.org/

Tel.: (+994 99) 899-79-01