Bu ilin 9 ayında sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb

2024.11.05 16:17 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb.

Agentliyin məlumatına görə, hesabat dövründə 500-dək daimi iş yeri yaradılıb.

Qeyd edək ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10,5 mindən çox daimi iş yeri yaradılıb.