Tunisə xam neft məhsullarının ixrac kəskin artıb

2024.11.05 14:49 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Tunisə 243,1 milyon ABŞ dolları dəyərində 381,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində təqribən 10,3 dəfə və ya 219,5 milyon dollar, həcm baxımından isə 9,2 dəfəyədək və ya 340 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində ölkədən ümumilikdə 11 milyard dollar dəyərində 17,6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tunis 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 2,16 faizi məhz bu ölkənin payına düşüb.