Metanol ixracının həcm və dəyəri artıb

2024.11.05 14:01 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədən 75,3 milyon ABŞ dolları dəyərində 367 min tondan çox metanol ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 14,6 faiz, həcmi isə 6,8 faiz artıb.

Cari ilin ilk 9 ayında bu kateqoriyadan olan məhsulun ümumi ixracda xüsusi çəkisi 0,38 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,05 faizə bərabər olub.