İşğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, sözügedən avtomobil yolunun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr təşkil edəcək. Tərtər-Ağdərə avtomobil yolu II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa edilir.
Tikinti işlərinin qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı, yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.