4724 layihə üzrə 188 milyon manatdan çox güzəştli kredit verilib

2024.11.04 15:59 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4724 layihənin maliyyələşdirilməsinə 188,2 milyon manat güzəştli kredit verilib.

Fondun məlumatına görə, verilən kreditlər hesabına 3544 yeni iş yerinin yaradılması nəzərdə tutulur.