Nağdsız ödənişlərin həcmində artım qeydə alınıb

2024.11.01 14:32 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında milli ödəniş sistemləri vasitəsilə 539,2 milyard manat həcmində nağdsız ödəniş həyata keçirilib. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıb.

9 ayda kartlarla aparılan nağdsız ödənişlərin həcmi isə 56 milyard manat təşkil edib. Bu, ödəniş kartlarının ümumi dövriyyəsi ilə müqayisədə 68,4 faiz təşkil edir.