Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 2,4 dəfədən çox artaraq 972,7 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan ABŞ-yə ixrac: 113,4 milyon dollar (+13,6 dəfə)
ABŞ-dən Azərbaycana idxal: 859,39 milyon dollar (+2,2 dəfə)
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2,81 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,8 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi