37 ölkədən 42 iştirakçının qatıldığı təlim kapital axınları, tədiyyə balansı, maliyyə inteqrasiyası, beynəlxalq kapital maliyyə bazarlarının qlobal tendensiyaları, makroiqtisadi dəyişkənlik, kapital hesabının liberallaşdırılması, maliyyə açıqlığının (Financial Openness) müsbət və mənfi tərəfləri, kapital axınlarının izlənilməsi və proqnozlaşdırılması, maliyyə böhranları, makroiqtisadi siyasət, o cümlədən fiskal və monetar siyasət, valyuta məzənnəsi siyasəti, maliyyə tənzimlənməsi, kapital axının idarəedilməsi və valyuta məzənnəsi müdaxilələri üzrə mövzu, təqdimat və çalışmaları əhatə edib.