Bu ilin yanvar-sentyabr aylarında ölkədə 7 610,4 min kvadratmetr tikinti şüşəsi istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 14,3 faiz və ya 954,4 min kvadratmetr çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 1 571,9 min kvadratmetr təşkil edib.