İndiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara 511 milyon manata yaxın kredit verilib ki, bunun da 80 milyon manata yaxını cari ilin yanvar-oktyabr aylarının payına düşür.
Fondun məlumatına görə, zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6,6 min yeni iş yerinin yaradılması nəzərdə tutulub.