Macarıstanla ticarət dövriyyəsi 30 faizədək artıb

2024.10.31 14:58 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Macarıstanla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 29,9 faiz artaraq 49 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Macarıstana ixrac: 7 milyon dollar (+2,1 dəfə)

Macarıstandan Azərbaycana idxal: 41,9 milyon dollar (+21,9 faiz)

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Macarıstanla ticarətin payı 0,14 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi