Misirlə ticarət dövriyyəsinin həcmində ciddi artım qeydə alınıb

2024.10.30 12:58 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Misirlə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 4,4 dəfədən çox artaraq 37,3 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Misirə ixrac: 4,97 milyon dollar (+8,8 dəfə)

Misirdən Azərbaycana idxal: 32,4 milyon dollar (+4,1 dəfə)

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Misirlə ticarətin payı 0,1 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi