Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının etibarlı müdafiəsini təmin etmək istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Xidmətinin məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində daxil olan 5597 müraciətin 2868-i qeyri-qida, 2291-i xidmət, 275-i qida, 99-u dərman vasitələri və tibbi avadanlıqlar, 64-ü digər müraciətlərlə bağlı olub.