Altı ayda ölkədə 20 mindən artıq elektron imza sertifikatı istifadəyə verilib

2019.07.25 15:59 (UTC+04:00)

Son bir ayda 2 min 850 e-imza sertifikatı istifadəyə verilib. İyunda dövlət qurumlarına 1742, hüquqi və fiziki şəxslərə 822, vətəndaşlara 286 e-imza sertifikatı verilib. 2019-cu il iyulun 1-dək ümumilikdə 187 min 314 elektron imza sertifikatı əldə olunub. Onlardan 104 min 802-si dövlət qurumlarına, 46 min 34-ü hüquqi və fiziki (sahibkarlar) şəxslərə, 36 min 478-i vətəndaşlara təqdim edilib.

Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları tərəfindən 8 milyon 992 min 379, hüquqi və fiziki şəxslər tərəfindən 1 milyon 645 min 574, vətəndaşlar tərəfindən 37 min 340 olmaqla, ümumilikdə 10 milyon 675 min 293 autentifikasiya və e-imza əməliyyatı aparılıb. Təkcə cari ilin ikinci rübündə aparılan əməliyyatların ümumi sayı 3 milyon 973 min 472 olub. Onlardan dövlət qurumlarının payına 3 milyon 507 min 322, hüquqi və fiziki şəxslərin payına 453 min 930, vətəndaşların payına isə 12 min 220 autentifikasiya və elektron imza əməliyyatı düşüb.