İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturu bərpa edilir

2024.10.28 14:44 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmir yolu infrastrukturu bərpa edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, 58 faizi tamamlanan Horadiz-Ağbənd dəmir yolu xətti üzrə Zəngilanda tikilməkdə olan ölkənin 771 metrlik ən uzun dəmir yolu körpüsü daxil olmaqla onlarla körpü və tunel, yüzlərlə mühəndis qurğusu inşa edilir.

Ağdama və oradan Xankəndiyə uzanan dəmir yolları yenidən qurulur.