Bu ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 54,7 milyon ABŞ dolları dəyərində 52,5 min tondan çox düyü idxal edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən düyünün dəyəri 33,3 faiz və ya 13,68 milyon dollar, həcmi isə 15,1 faiz və ya 6,89 min ton artıb.
Cari ilin avqust ayına nisbətdə isə sentyabrda düyünün idxal dəyəri 14,4 faiz, həcmi isə 5,8 faiz artaraq müvafiq olaraq 4,7 milyon dollar və 4,4 min ton təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində düyü idxalı ölkənin ümumi idxalının 0,37 faizinə bərabər olub.