Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda keçirilən "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları" adlı konfransda qeyd edib ki, Elektron Hökumət yeni myGov portalı ilə vətəndaşlara xidmət edir. Milli Məkan Məlumatları İnfrastrukturunun rəqəmsal hökumətin vacib komponentlərindən biri olduğunu və bu sistemin tez bir zamanda qurulmasının vacibliyi vurğulayan Ü.Mehdiyev qeyd edib ki, agentlik milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən edir.