Növbəti hərracda 4 nəqliyyat vasitəsi satılıb

2024.10.25 18:10 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 4 nəqliyyat vasitəsi satılıb. Hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 14.040 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 16.700 manata, 12.240 manat olan “Hyundai Tucson” markalı nəqliyyat vasitəsi isə 13.750 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3EBvmi linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə keçiriləcək 31 oktyabr tarixli növbəti hərraca əmlak kompleksi, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi və torpaq sahələri çıxarılacaq.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3EBvZM linki vasitəsilə tanış olmaq mümkündür.