Metanol istehsalı 11 faizədək artıb

2024.10.25 10:47 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 387,7 min ton metanol istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 10,7 faiz və ya 37,6 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 12,5 min ton təşkil edib.