"Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları" mövzusunda konfrans

2019.07.25 11:59 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov konfransda çıxış edərək yeni yaradılan informasiya infrastrukturunun rəqəmsal hökumətə keçid üçün vacib baza olduğunu deyib. "Milli Məkan Məlumatları İnfrastrukturunu yaratmaqda məqsəd elektron hökumətin fəaliyyətini hər bir vətəndaşın gündəlik həyatında hiss etdirməkdir. İlin sonuna tam hazır olacaq sistemdəki məlumatların əsas hissəsini torpaqlarla bağlı məkan məlumatları təşkil edir".