Gömrük xətti ilə büdcə daxilolmaları 5 faizədək artıb

2024.10.23 16:26 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4,9 milyard manatdan çox vəsait daxil olub ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 4,8 faiz çoxdur.

Komitənin göstəricilərinə əsasən, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 1,55 milyard, ƏDV üzrə - 3,19 milyard manat, aksizlər üzrə - 148,8 milyon manat, yol vergisi üzrə isə 30,6 milyon manat təşkil edib.