Giləmeyvə bağlarının hər hektarına görə 3,2 min manat əkin subsidiyası ödəniləcək

2024.10.23 12:47 (UTC+04:00)

Azərbaycanda giləmeyvə bağlarının salınması üçün dövlət tərəfindən stimullaşdırıcı dəstək tədbirləri görülür.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ilin 31 may tarixinədək salınacaq, damcı suvarma sistemi ilə təmin olunan qarağat və böyürtkən bağları üzrə fermerlərə hər hektara 3,2 min manat əkin subsidiyası ödəniləcək.

Əkin subsidiyası hər hektarda ən azı 3,3 min ting əkilən qarağat və böyürtkən bağlarına görə ödəniləcək.