Rəqabətqabiliyyətli ixracın artırılması başlıca prioritetlərdəndir

2024.10.22 11:38 (UTC+04:00)

“Davamlı iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, biznesin dəstəklənməsi və rəqabətqabiliyyətli ixracın artırılması başlıca prioritetlərimizdəndir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir vurğulayıb ki, bu baxımdan "Made in Azerbaijan" brendli məhsulların xarici ticarət platformalarında fəal təmsil edilməsi mühüm rola malikdir: “Milli brendimizin xarici bazarlarda təşviqinə töhfə verən biznes subyektlərindən biri də "Brightman BMC"dir”.