Rusiya Federasiyasının Vladimir vilayətinin tikinti materialları istehsalçıları Azərbaycanda işgüzar səfərdə olublar.
Rusiya mətbuatı xəbər verir ki, nümayəndə heyəti üçün B2B danışıqları və müəssisələrdə görüşlər təşkil olunub. Vladimir vilayəti və Azərbaycan müəssisələri arasında tikinti materialları istehsalı seqmentində əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib, məhsulların Azərbaycan bazarına ixracının perspektiv istiqamətləri müzakirə olunub.
Görüşlərin nəticəsi olaraq ixrac müqavilələrinin imzalanması və malların sınaq partiyalarının Azərbaycana göndərilməsi barədə razılıq əldə olunub. Tərəflərin fəallığını və marağını nəzərə alaraq, 2024-cü ilin noyabrında Vladimir vilayətinə işgüzar missiyanın keçirilməsi planlaşdırılır.