Vergilər nazirinin 1-ci müavini Neftçalada vətəndaşları qəbul edib

2019.07.25 09:47 (UTC+04:00)

Qəbulda Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının sakinləri iştirak ediblər. Onların müraciətlərində vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlər əhatə olunub.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerində həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.