- COP29-la bağlı ölkəyə 80 minə yaxın iştirakçı gələcək. Vətəndaşlar öz evlərini gələn qonaqlar üçün necə kirayə verə bilər?
- Kirayə mexanizmi çərçivəsində satışa yeni evlər çıxarılır. Sərfəli şərtlərlə təklif olunan bu evləri kimlər və necə əldə edə bilər?
- İşçi hansı halda ixtisar oluna bilər? Bu zaman ona nə qədər kompensasiya ödənilməlidir?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 20 oktyabr 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov Günel Bəhramqızının suallarını cavablandırır.