9 ayda 269 mindən çox mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb

2024.10.21 12:11 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 269 702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 44 462-si (16,5 faizi) ilkin, 225 240-ı isə (83,5 faizi) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 45 422, mənzil üzərində - 62 167, torpaq sahəsi – 152 594, qeyri-yaşayış binası – 2 534, qeyri-yaşayış sahəsi – 6 350, əmlak kompleksi - 597, çoxmərtəbəli yaşayış binası üzərində isə 38 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Cari ilin yanvar-sentyabr ayları ərzində 203 056 texniki pasport tərtib edilib, 56 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.