Armatur istehsalında artım qeydə alınıb

2024.10.21 11:13 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 317,1 min ton armatur istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 32,1 faiz və ya 77 min ton artıb.

Cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində təqribən 46,4 faiz və ya 16,8 min ton artım qeydə alınıb. Sentyabr ayında 53 min ton armatur istehsal olunub.