Pakistan hökumətinin başçısı sahibkarları vergi yığılmasında köməyə çağırıb

2019.07.24 19:07 (UTC+04:00)

Pakistanın Baş naziri İmran Xan sahibkarları vergi yığmaqda dövlətə kömək etməyə çağırıb. O, növbəti dəfə həmvətənlərini "öz münasibətlərini dəyişməyə" və vergitutma şəbəkəsini genişləndirməyə dəvət edib. Baş nazirin sözlərinə görə, hazırkı şəraitdə yığılmış vergilərin yarısı keçmiş hakimiyyətlərin zamanında əmələ gəlmiş böyük borcların idarə edilməsinə yönəldilir. Büdcəyə daxil olan vergilərin isə təxminən 70 faizi 300 iri şirkətdən gəlir. İmran Xan qeyd edib ki, yanaşmanı dəyişmək və vergi yığılmasında irəliləyişə nail olmaq lazımdır. Bunun üçünsə həm iri, həm də kiçik - bütün sahibkarların köməyinə ehtiyac var. Baş nazir vurğulayıb ki, vergi siyasətinin sərtləşdirilməsinə qarşı çıxan sahibkarların qabağından geri çəkilməyəcək: onun vergi islahatından imtina etməsi "Vətənə xəyanət" olar.