SİF-in güzəştli kreditlərindən 327 qadın sahibkar yararlanıb

2024.10.17 17:33 (UTC+04:00)

2024-cü ilin 9 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən sahibkarların 4116 layihəsinə 167,6 milyon manat güzəştli kredit verilib.

SİF-in məlumatına görə, bu dövr ərzində Fondun güzəştli kreditlərindən 327 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 9,9 milyon manat güzəştli kredit verilib.

Bununla yanaşı, sözügedən dövr ərzində 123 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 4,6 milyon manat güzəştli kredit əldə edib.