Təhsil müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib

2019.07.24 18:18 (UTC+04:00)

"Dövlət rüsumu haqqında" və "Təhsil haqqında" qanunlara dəyişiklikləri nəzərdə tutan sərəncama əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2.000 manat, ümumi təhsil müəssisələrindən 5.000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5.000 manat, peşə təhsili müəssisələrindən 10.000 manat, orta ixtisas təhsili müəssisələrindən 12.000 manat, ali təhsil müəssisələrindən 20.000 manat, əlavə təhsil müəssisələrindən 12.000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12.000 manat dövlət rüsumu tutulacaq.