Dərman preparatları və tibbi maskaların istehsalında artım var

2024.10.17 13:15 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə əczaçılıq məhsullarının istehsalı sahəsində 8 403,4 min manat dəyərində dərman preparatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 13,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin yanvar-sentyabr aylarına nisbətdə tibbi maskaların istehsalı 21,4 faiz artaraq 1,7 milyon ədəd təşkil edib.

Cari ilin oktyabr ayının 1-nə dərman preparatları üzrə hazır məhsul ehtiyatı dəyər ifadəsində 1079,7 min manat, tibbi maskalar üzrə isə 6 milyon ədəd olub.