İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı protokolların sayı açıqlanıb

2024.10.17 12:23 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən, cari ilin yanvar-avqust ayları ərzində 31 fiziki və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Xidmətinin məlumatına əsasən, tərtib edilmiş protokolların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz azalma müşahidə olunub. Bu isə öz növbəsində istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən operativ nəzarət mexanizmləri, eləcə də kompleks maarifləndirmə tədbirlərinin nəticəsidir.