“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı reyslərinin sayını artırmağı planlaşdırır.
AZAL-ın məlumatına görə, bu məsələ QSC-nin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş zamanı müzakirə olunub. Hazırda AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir. Bununla yanaşı, 2025-ci ildən etibarən bu marşrut üzrə uçuşların tezliyinin həftədə üç dəfəyə çatdırılması planlaşdırılır ki, bu da sözügedən istiqamətdə artan tələbatın ödənməsinə zəmin yaradacaq.
Bundan əlavə, tərəflər AZAL-ın Çinə uçuş coğrafiyasının daha da genişləndirilməsi perspektivlərini, həmçinin Quançjou və Şanxay kimi böyük şəhərlərə aviareyslərin açılması imkanlarını müzakirə ediblər.