“Fiziki şəxsin uçota alınması”elektron xidməti ilə bağlı onlayn sorğu

2024.10.16 16:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fiziki şəxsin uçota alınması”elektron xidməti ilə bağlı onlayn sorğu keçirir. Bu sorğu fiziki şəxsin uçota alınması prosedurunun əlçatanlığı və vergi ödəyiciləri tərəfindən xidmətdən istifadə səviyyəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Sorğu anonim keçirilir və respondentlərin heç bir məlumatı qeydə alınmır. Noyabrın 15-dək sorğuda iştirak etməklə fiziki şəxsin uçota alınması prosesinin daha da asanlaşdırılması və bu sahədə aparılan işlərin təkmilləşdirilməsinə töhfə verə bilərsiniz.

Sorğuya bu link vasitəsilə keçid edə bilərsiniz:

https://www.taxes.gov.az/az/page/fiziki-sexsin-ucota-alinmasi-elektron-xidmeti-barede-onlayn-sorgu-anketi