Ələt–Astara–İranla dövlət sərhədi magistral avtomobil yolunun 26 km-lik hissəsi yenidən qurulub VİDEO

2024.10.15 15:56 (UTC+04:00)

Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 12 metrə qədər genişləndirilib.

Ələt-Astara-İran magistral avtomobil yolunun sözügedən hissəsində aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.