Kənd təsərrüfatı istehsalında müsbət dinamika

2024.10.15 17:09 (UTC+04:00)

2024-cü ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 418,5 milyon manat təşkil edib ki, onun da 4 881,2 milyon manatı heyvandarlıq, 5 537,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 0,8 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,4 faiz, bitkiçilik məhsulları üzrə isə 0,3 faiz artıb.