Sənaye zonalarına yatırılan investisiyanın həcmi açıqlanıb

2024.10.15 15:11 (UTC+04:00)

İndiyədək sənaye zonaları üzrə 153 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10,5 mindən çox daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8,4 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.