Dövlət büdcəsinin icrasında 2,5 milyard manatdan çox profisit yaranıb

2024.10.15 14:43 (UTC+04:00)

2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 27 737,0 milyon manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, büdcədən 25 174,3 milyon manat vəsait xərclənib, büdcənin icrasında 2 562,7 milyon manatlıq profisit yaranıb.