“Yay Təcrübə Proqramı” vasitəsilə daha 60 tələbə şəxsi inkişafı üçün böyük təcrübə əldə edib VİDEO

2024.10.15 13:15 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ali təhsil müəssisələri tələbələrinin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə təşkil etdiyi sayca 3-cü “Yay Təcrübə Proqramı” yekunlaşıb. DVX-nin insan resurslarının formalaşdırılması istiqamətində proaktiv yanaşmasına söykənən bu layihə çərçivəsində daha 60 tələbə şəxsi inkişafları üçün böyük təcrübə əldə ediblər. 3-cü “Yay Təcrübə Proqramı”nda iştirak edən hər bir tələbəyə uğurlar arzulayırıq!