Rusiyanın süd məhsulları istehsalçısı Azərbaycana məhsul tədarükünə başlayıb

2024.10.14 15:26 (UTC+04:00)

Rusiyanın ən böyük süd məhsulları istehsalçısı “Ekoniva Holding” Azərbaycana məhsul tədarük etməyə başlayıb.

Rusiya mətbuatı xəbər verir ki, hazırda ölkəmizə süd və qaymaq ixrac edən şirkət tədarük çeşidini genişləndirmək imkanlarını nəzərdən keçirir.

Qeyd edək ki, bu ilin sentyabr ayının sonunda “Ekoniva” kənd təsərrüfatı məhsulları ixrac edən Rusiya şirkətlərinin Bakıya işgüzar missiyası çərçivəsində potensial tərəfdaşlara kəsmik, yarıbərk və premium dərəcəli sərt pendirlər, eləcə də öz istehsalı olan digər süd məhsullarını təqdim edib.